НОВОСТИ
844

2023.06.02

Zoologiya İnstitutunun alimi Gülbəniz Qasımovanın “Böyük Qafqaz təbii vilayətinin amfibiləri” adlı monoqrafyası çap olunub

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Gülbəniz Qasımovanın “Böyük Qafqaz təbii vilayətinin amfibiləri” adlı monoqrafiyası çap olunub.
Monoqrafiyada Böyük Qafqaz təbii vilayətində yayılan amfibilərin növ müxtəlifliyi, morfologiyası, mövsümi və gündəlik aktivliyi haqqında məlumat verilir, onların say və sıxlığına təsir edən amillər təhlil edilir. Eyni zamanda amfibilərin biosenozda rolu, elmi-praktik əhəmiyyəti haqqında oxucuya məlumatlar təqdim olunur. Kitabda həmçinin tədqiqatlar zamanı çəkilmiş amfibilərə aid orjinal şəkillər verilib.
Kitab biologiya sahəsində çalışan mütəxəssislər, biologiya fakültəsinin müəllim və tələbələri ilə yanaşı həvəskar təbiətsevənlər üçün nəzərdə tutulub.