НОВОСТИ
574

2023.04.03

ARETN Zoologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının növbəti iclası keçirilib

03 aprel 2023-cü il tarixində, AR ETN Zoologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Leyla Nadirli açıb. Daha sonra iclasda Quru onurğalıları laboratoriyasının kiçik elmi işçi Leyla Əhmədli 1 aprel “Beynəlxalq quşlar günü”nə həsr edilmiş məruzə ilə çıxış edib. Leyla Əhmədli nəsli kəsilmə təhlükəsində olan quş növləri, antropogen təsirlər nəticəsində saylarının azalması və son statistik nəticələr haqqında ətraflı məlumat verib. Quru onurğalıları laboratoriyasının müdiri v.i.e. b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, b.e.d., dosent Tahir Kərimov və b.ü.f.d., aparıcı elmi işçi Hafiz Muxtarov çıxış edərək quşların müdafiəsinin vacibliyini, həmçinin belə tədbirlərin daha çox və genişmiqyaslı keçirilməsi barədə tövsiyələrini veriblər.