НОВОСТИ
703

2022.11.02

Zoologiya İnstitutunda “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si İlk Partiya Təşkilatının növbəti iclası “Zəfər Günü”nə həsr edilib.

Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov iştirakçıları salamlayıb. Ələddin Evazov, Ali Baş Komandan, ordu və xalq birliyinin möhkəmliyini xüsusi qeyd edərək “Zəfər Günü” münasibətilə öz ürək sözlərini deyib. Daha sonra söz, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə verilib. Bəxtiyar Nəbiyev, 44 gün davam edən və möhtəşəm qələbə ilə nəticələnən Vətən müharibəsinin hərb tariximizə qızıl hərflərlə yazıldığını xüsusi vurğulayaraq, müzəffər Azərbaycan Ordusu və mərd Azərbaycan xalqının bu çətin, eyni zamanda şərəfli günlərdə keçdiyi ləyaqət yolundan bəhs edib.

Tədbirə “Zəfər Günü”nün ən böyük qəhrəmanları olan İkinci Vətən Müharibəsində iştirak etmiş qazilər də dəvət olunmuşdur. Onlardan biri olan Zoologiya İnstitutunun əməkdaşı Kamran Şəfiyev öz döyüş xatirələrini sevinc və fərəh hissi ilə tədbir iştirakçıları ilə bölüşdü. Digər qazilər - Vüsal Abbasov və Mirsaleh Ağayev torpaqlarımızın azadlığı uğurunda göstərdikləri qəhrəmanlıq və yaşadıqları çətinliklərdən qürur dolu bəhs etdilər. 

Daha sonra Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Lalə Məmmədova Azercell və Gid CSR şirkətləklərinin dəstəyi ilə həyata  keçirilmiş “Kiçik ürəklərdə böyük xatirələr layihəsi”ni tədbir iştirakçılarının diqqətinə çatdırdı. Layihənin həm rəhbəri, həm də həmmüəlliflərindən biri olan Lalə Məmmədova layihənin sonunda nəşr edilmiş kitabla hər kəsi tanış edərək, kitabın şəhid övladlarının xatirələrindən ibarət olması haqqında ətraflı məlumat verdi.

Tədbirin sonunda isə qazilərə rəssam Nicat Muxtarlı tərəfindən hazırlanan iri portretlər və rəhbərlik tərəfindən hədiyyələr təqdim edilib.