НОВОСТИ
828

2022.09.15

Azərbaycanda ilk dəfə arıların viruslu xəstəliklərinin molekulyar səviyyədə təyinatı aparılıb

AMEA Zoologiya İnstitutu Tətbiqi Zoologiya Mərkəzinin kiçik elmi işçisi Rəfiqə Qazi Türkiyənin Samsun şəhərində yerləşən Samsun Baytarlıq Nəzarəti İnstitutunda 05.09. – 09.09.2022-ci il tarixlərində beynəlxalq ezamiyyədə olub.

Ezamiyyə müddətində Azərbaycanın Qəbələ rayonunda yerləşən arıçılıq təsərrüfatından götürülmüş bal arısı nümunələrinin PZR (Polimeraz Zəncir Reaksiyası) analizi aparılıb. 

Analiz nəticəsində Azərbaycanda ilk dəfə olaraq Varroa destructor virus-1 virusu, İsrail arı iflici virusu, sacbrood virusu (Torba bala çürüklüyü virusu), qara ana arı virusu, deformasiya virusu molekulyar səviyyədə təyin olunmuş və eyni zamanda bunlarla yanaşı, fungal xəstəlik olan nosema ceranae aşkarlanmışdır. Qeyd etmək lazımdır ki, İsrail arı iflici virusu və Varroa destructor virus-1 virusu arılar üçün təhlükəlidir və arılarda kütləvi arı ölümlərinə səbəb olur. Aparılan təcrübə nəticəsində, sadalanan xəstəliklərə qarşı gənc alim tərəfindən tətbiq edilən təbii qida əlavələri müsbət təsir göstərərək xəstəliyi aradan qaldırmışdır.