НОВОСТИ
868

2022.05.11

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin müdafiəsi keçirilib

11 may  2022-ci il tarixində, AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya Şurasında, Tətbiqi Zoologiya Mərkəzinin dissertantı Abasova Nəzakət Mirsahib qızının "Lənkəran-Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri və onların entomofaqları" mövzusunda fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilib. Tədqiqat işinin elmi rəhbəri b.ü.f.d.  dosent Ellada Hüseynova, rəsmi opponentləri isə b.e.d., professor Rauf Sultanov, b.e.d. dosent Natalya Sneqovaya və b.ü.f.d., dosent Mahir Məhərrəmovdur.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun icraçı direktoru, Dissertasiya şurasının sədri, b.e.d Elşad Əhmədov məruzə etmək üçün sözü iddiaçıya verib. Məruzəçi bildirib ki, tədqiqat işində Azərbaycan ərazisində ilk dəfə olaraq Lənkəran – Astara bölgəsində subtropik bitkilərin zərərvericiləri, onların növ tərkibi və zərərvermə dərəcəsi kompleks şəkildə tədqiq olunmuşdur.

İclasın sonunda Dissertasiya şurasının üzvləri tədqiqat işini yüksək qiymətləndirərək işin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyalar qarşısında qoyduğu tələblərə cavab verdiyini qeyd ediblər.