НОВОСТИ
1142

2022.02.28

Zoologiya İnstitutunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib

2022-ci il fevral ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda Quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Səadət qızı Rəcəbovanın "Azərbaycanın cənub-şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yolları" mövzusunda fəlsəfə doktorluğu üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Dissertasiya işinin elmi rəhbəri Bakı Dövlət Universitetinin Zoologiya və fiziologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Əbülfəz Nağı oğlu Tağıyevdir.
Dissertant, ilk dəfə olaraq, Azərbaycanın cənub-şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yollarını öyrənərək əsas nəticələri təqdim edib. Geniş müzakirələrdən sonra " Azərbaycanın cənub-şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yolları" mövzusunda dissertasiya işinin 2401.01 – “Zoologiya” ixtisasında biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın fəlsəfə doktoru dissertasiyaları qarşısında qoyduğu tələblərə cavab verdiyi üçün işin elmi müzakirələrin növbəti mərhələsinə təqdim olunması məqsədəuyğun hesab edilib.