НОВОСТИ
1370

2021.03.01

Zoologiya İnstitutunun Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları ilə tədqiqat istiqamətləri müzakirə olunub

AMEA-nın Zoologiya İnstitutu ilə AR Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aqrar Elm və İnnovasiya Mərkəzi arasında onlayn formatda görüş keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq institutları ilə AMEA Zoologiya İnstitutu ilə birgə aparılacaq tədqiqat işləri, heyvan və bitki xəstəlikləri ilə bağlı problemlərin həlli istiqamətində təkliflər müzakirə olunub.
Görüşdə Aqrar Elm və İnnovasiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Fərman Kərimov, Baytarlıq, Bitki Mühafizə və Texniki Bitkilər, Əkinçilik və  Heyvandarlıq Elmi-Tədqiqat  İnstitutlarının direktorları və aparıcı mütəxəssisləri iştirak ediblər.
Tədbirdə Zoologiya  İnstitutunun direktor vəzifəsini icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent  Ələddin Eyvazov çıxış edərək, Parazitologiya, Zoologiya və Entomologiya sahəsində KTN-nin müvafiq institutları və eyni zamanda işğaldan azad olunmuş ərazilərdə aparılması planlaşdırılan tədqiqatlar haqqında məlumat verib. Zoologiya İnstitutu ilə KTN-nin Baytarlıq, Tərəvəzçilik  və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutları arasında bağlanan əməkdaşlıq müqavilələri haqqında danışan alim,  “Heyvanların parazit faunasının növ müxtəlifliyinin kompleks tədqiqi, parazitosenozların strukturu, vəhşi heyvanlarla kənd təsərrüfatı heyvanları arasında invaziyanın sirkulyasiya mexanizmlərinin aydınlaşdırılması”, ”Kənd təsərrüfatı bitki zərərvericilərinə qarşı bioloji mübarizə məqsədilə səmərəli entomofaqların artırılıb aqrosenozlara buraxılması” və “Arıçılıq təsərrüfatlarında xəstəlik törədicilərinə qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması” mövzuları üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu vebnar iştirakçılarının diqqətinə çatdırıb.
Sonda birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb