ОБЪЯВЛЕНИЯ
505

2023.12.26 14:03

ARETN Zoologiya İnstitutunda dissertasiya müdafiəsi keçiriləcək

ARETN Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının a.e.i., b.ü.f.d., dosent İbrahimova Reyhan Şöhlət qızının 2429.01-Parazitologiya ixtisası üzrə “Azərbaycanda əhli itkimilərin (Canidae), pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqlıqların GIS xəritələşdirilməsi və mübarizə tədbirlərinin hazırlanması» mövzusunda dissertasiya işinin müdafiəsi 29 dekabr 2023-cü il tarixində saat 14:00-da Zoologiya İnstitutunun nəzdində BED 1.09 Dissertasiya Şurasında keçiriləcək.

Elmi məsləhətçi: 

B.e.d., dosent Q.H.Fətəliyev

 

Dissertasiya işinin rəsmi opponentləri 

  1. Naxçıvan Dövlət Universitetinin “Baytarlıq təbabəti” kafedrasının dosenti, b.e.d. E.N.Məmmədov
  2. Azərbaycan Tibb Universitetinin “İctimai sağlamlıq və səhiyyənin təşkili” kafedrasının müdiri, tibb.e.d., professor R.Ə.Çobanov
  3. ARETN Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsinin müdiri, b.e.d., AMEA-nın m/üzvü S.H.Məhərrəmov
  4. ARETN Bioresurslar İnstitutunun direktoru, dosent, b.e.d. İ.B.Məmmədov