2017.05.10
İNSANLARA XİTABƏN İLANIN SÖYLƏDİKLƏRİ
Qorxu düşər canına, hər kəs görsə, ilanı
Əzəldən yarananda, talei belə imiş
Nə dili var, nə səsi, başa salsın insanı
Desin ki: «Bəni-insan, axı sənlə nə işim!
Əl çək bizdən, insaf et! Dağıdırsan hər yanı
Aman yoxdur bizlərə, zəbt edibsən dünyanı,
Meşələri, dağları, kollu-koslu düzləri
Yovşanlı səhraları, yulqunlu çöllükləri
Çox görürsən bizə sən, isti, quru biyabanı
Dədə-baba yurdumuz, «İlan-mələr» çöllər hanı
Vaxt vardı bu yerlərdə ömür sürüb yaşardıq
Pələng, ceyran, turac, qırqovul, bir də biz
İnciməzdik heç birimiz, qaydasında qalardıq
Dövran xoş, təbiət saf, çağ keçirdi günümüz
Zaman keçib, yurd dağılıb, itirmişik dostları
Pələng, Ceyran qalmamış, qalanlara dəymə barı!
Neynək, halal-xoşun, hamısı Sənin qoy olsun
Xoş niyyətin əbədi, arzuların bol olsun
Unutma! Sən özün də Təbiətin zərrəsi
Zaman gələr, bu talei Sən özün də görəsi»
Biologiya üzrə fəlsəfə doktoru,
Təvəkkül İsgəndərov