НОВОСТИ
196

2024.04.08

Hidrobiologiya laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

   ARETN Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçiləri S.Ş.Süleymanov, Ə.G.Cəlilov, S.İ.Əliyev, Ş.Ə.Quliyev, böyük elmi işçisi N.Ş Şamionova, kiçik elmi işçiləri İ.Ş.Səmədli və N.E. Mehdiyeva Cənubi Xəzərin Azərbaycan sektorunda  02.04-06.04.2024-cü il tarixlərində ekspedisiyada olmuşlar.

   Cənubi Xəzərin Qızılağac akvatoriyası, Kürağzı , Bəndovan, Ələt ərazilərində sahilboyu sularında monitorinq işləri aparılmış hidrobioloji, ixtioloji  və parazitoloji nümunələr toplanılmışdır . Yaranmış ekoloji şəraitin hidro və  ixtiofaunanın növ  tərkibinə, sayına və yayılmasına göstərdiyi təsirləri öyrənmək üçün kompleks tədqiqatlar aparılmışdır.   Nümunələr dənizin 0,5– 4,5 m-lik dərinliyindən kəfkir və sürütmə (10x10 mm) tor vasitəsilə yığılmışdır (Правдин,1966, Qasımov, 2000). Tədqiqat dövründə Cənubi Xəzərin qeyd olunan müxtəlif ərazilərindən  bentik orqanizmlərə  aid 8 ədəd, zooplanktona aid 8 ədəd, bioloji örtüyə dair 7 ədəd nümunə toplanmışdır. Tədqiqat zamanı sürütmə tora  isə (qarabel siyənək, Xəzər şişqarını, adi kilkə, iriboğaz xul, qumluq xulu, Xəzər aterini və Xəzər iynəbalığı)  28 ədəd balıq düşmüşdür. Ova düşən balıqların növ tərkibi çox olsa da, sayca az olmuşdur.  Az olmasına səbəb çox güman ki, həmin dövrdə suda temperaturun nisbətən  aşağı  olması ilə əlaqədar olaraq balıqların cox hissəsi dənizin dərin  hissəsinə üstünlük verməsi olmuşdur. Müəyyən edilmişdir ki, son illərdə dənizin səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq  sahilyanı zonalar da bitki örtüyünün üzərinə kürü tökən balıqların ekoloji vəziyyəti qənaətbəxş deyildir. Bunu da fitofil qrupdan olan yarımkeçici balıqların gələcəkdə ehtiyatının kəskin azalmasına səbəb olan amillərdən biri kimi hesab etmək olar.

   Tədqiqat zamanı əldə olunan materiallar hazırda laboratoriyada əsaslı işlənməkdədir.