2024.02.26
Zoologiya İnstitutunda “Xocalı soyqırımı”nın 32-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
26 fevral 2024-cü il tarixində ETN Zoologiya İnstitutu Qadınlar Şurasının, Yeni Azərbaycan Partiyasının, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkil etdiyi Xocalı faciəsinin 32-ci ildönümünə həsr edilmiş “TARİXDƏ BƏNZƏRİ OLMAYAN SOYQIRIM” adlı tədbir keçirilib. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri institutun icraçı direktoru, b.e.d., dosent Elşad Əhmədov açıb. O, çıxışında Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olduğunu, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayət olduğunu bildirib. O, qeyd edib ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törədilmiş soyqrımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqrım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.
Tədbirdə daha sonra, YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si ilk Partiya Təşkilatının sədri, b.ü.f.d. Hafiz Muxtarov, Biologiya elmlər doktoru, dosent Tahir Kərimov, Biologiya üzrə fəlsəfə doktorları dosent Nuranə Hacıyeva və Səliqə Qazi bu tarixlə bağlı acı xatirələrini paylaşıblar.
Tədbirin sonunda Xocalı soyqrımını əks etdirən video-çarx nümayiş olunub.