НОВОСТИ
952

2024.02.23

Dissertasiya şurasının növbəti iclası keçirilib

23 fevral 2024-cü il tarixində ETN Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.09 Dissertasiya şurasının növbəti iclası keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya laboratoriyasının dissertantı Günel Rübail qızı Nəsibovanın 2429.01“Parazitologiya”  ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qazax-Tovuz iqtisadi rayonunda hind toyuqlarının (Meleagris gallopavo) qarışıq invaziyaları və törədicilərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi rəhbəri Bayt.e.ü.f.d Səhman Yusif oğlu Bayramovdur.

Sonda Günel Rübail qızı Nəsibovanın 2429.01 “Parazitologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qazax-Tovuz iqtisadi rayonunda hind toyuqlarının (Meleagris gallopavo) qarışıq invaziyaları və törədicilərinin bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” adlı dissertasiya mövzusunun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.