НОВОСТИ
847

2024.02.02

2 Fevral Ümumrespublika Gənclər günüdür

ETN Zoologiya İnstitutunda Gənc Alim və Mütəxəssislər şurasının cari il üçün Azərbaycan Gənclər gününə həsr olunmuş ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Gənc Alim və Mütəxəssislər Şurasının sədri, elmi işçi Leyla Nadirli Şura üzvlərini Gənclər günü ilə təbrik edərək, bu günün Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu, 1997-ci ildən Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunduğunu vurğulayıb.

Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, k.e.i. Nigar Mehdiyeva və katib, böyük laborant Xatirə Qəhrəmanlı gəncləri bu gün münasibəti ilə təbrik edib, onlara gələcək elmi və ictimai fəaliyyətlərində uğurlar arzu ediblər.

Sonda Leyla Nadirli 2024-cü il üçün nəzərdə tutulan tədbirlər planı barədə Şura üzvlərinə məlumat verib və digər müxtəlif məsələlər barədə müzakirələr aparılıb.