НОВОСТИ
915

2024.01.19

Zoologiya İnstitutunda “Rəhbər heyətin mülki müdafiə məşqi” nin növbəti iclası keçirilib

19 yanvar 2024-ci il tarixində ETN Zoologiya İnstitutunun akt zalında, Mülki Müdafiə haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il 193 saylı qərarına, İnstitutda Mülki Müdafiənin təşkili, ştat-vəzifə strukturlarının yaradılması və onun tədbirlərinin həyata keçirilməsi məqsədi ilə  Mülki Müdafiə Qərargahının “Rəhbər heyətin mülki müdafiə məşqi”- nin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Mülki Müdafiə Qərargah rəisi Anar Əliyev fövqaladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili mövzusunda məruzə ilə çıxış edib.

Tədbirin sonunda, fövqəladə hallar zamanı xəbərdarlıq və idarəetmə qaydalarını əks etrdirən video-çarx nümayiş olunub.