НОВОСТИ
676

2024.01.12

Dissertasiya şurasının növbəti iclası keçirilib

12 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya şurasının növbəti iclası keçirilib. Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutunun doktorantı, b.ü.f.d. Səhman Yusif oğlu Bayramovun 2429.01 - “Parazitologiya” ixtisasında biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda ev toyuqlarının əsas helmintozları və onlara qarşı yeni mübarizə tədbirləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Saleh Heydər oğlu Məhərrəmovdur.

Sonda Səhman Yusif oğlu Bayramovun 2429.01- “Parazitologiya” ixtisasında “Azərbaycanda ev toyuqlarının əsas helmintozları və onlara qarşı yeni mübarizə tədbirləri” adlı dissertasiya mövzusunun biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.