НОВОСТИ
762

2024.01.11

ARETN Zoologiya İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda iştirak ediblər

ARETN Zoologiya İnstitutunun əməkdaşları, Tətbiqi Zoologiya Mərkəzinin aparıcı elmi işçisi b.ü.f.d., dos. Səkinə Hacıyeva və böyük elmi işçi, b.ü.f.d Səliqə Qazi “Çindən Adriatikə Türk Dünyası” adlı beynəlxalq elmi konfransda iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Çindən Adriatikə Türk dünyası” mövzusunda 15-ci beynəlxalq elmi-praktik konfrans keçirilib.

Türkiyə, ABŞ və Azərbaycanın universitetlərindən 50-dən çox nümayəndənin qatıldığı konfrans MEK və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə reallaşıb.

Konfransın plenar iclasında Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq konfrans işini bölmə iclasları ilə davam etdirib, elmi məruzələr dinlənilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.