НОВОСТИ
722

2024.01.09

Zoologiya İnstitutunun əməkdaşı Medianews.az-a müsahibə verib

ARETN Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının baş elmi işçisi b.e.d Tahir Kərimov Bakı səmasında quş dəstələrinin artması ilə bağlı Medianews.az-a müsahibə verib.

Bioloq alimin sözlərinə görə, zağcalar Azərbaycanda oturaq quş növləridir: “Bu quşlar dağ ətəklərində, rayonların ərazisində dəstə halında ağaclarda yuva qururlar. Bəzən bir ağacda 20-40 arası zağca yuvası olur. Qış fəsli olanda həmin quşlar dağlıq bölgələrdən düzənlik ərazilərə, o cümlədən də Bakı şəhərinə uçurlar. Paytaxt ərazisində həm iqlim bu quşlara uyğundur, həm də yem bazası mövcuddur. Bütün canlılar üçün ən birinci tələbat yemdir. Havaların soyumasından asılı olaraq zağcalar da bu tələbatlarını ödəmək üçün oktyabr və noyabr aylarından Bakı səmasında görünməyə başlayırlar. Mart ayında isə Bakı şəhərinin ərazisini tərk edir, yuvalarına qayıdırlar”.

https://medianews.az/2024/01/08/bakida-qargalar-niy%c9%99-coxalib-alim-s%c9%99b%c9%99bl%c9%99ri-aciqladi-video