НОВОСТИ
787

2023.12.29

Dissertasiya şurasının növbəti iclası keçirilib

29 dekabr 2023-cü il tarixində   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən BED 1.09 Birdəfəlik Dissertasiya şurasının növbəti iclası keçirilib. İnstitutun Parazitologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Reyhan Şöhlət qızı İbrahimovanın 2429.01 “Parazitologiya”  ixtisasında  biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların  GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilmişdir. Qeyd edək ki, dissertasiya işinin elmi məsləhətçisi biologiya elmləri doktoru, dosent  Qara Hüseyn oğlu Fətəliyevdir. 

Sonda Reyhan Şöhlət qızı İbrahimovanın 2429.01 “Parazitologiya” ixtisasında “Azərbaycanda əhli itkimilər (Canidae) və pişikkimilərin (Felidae) başlıca helmintoz törədiciləri, parazitar ocaqların GİS xəritələşdirilməsi, mübarizə tədbirlərinin hazırlanması” adlı dissertasiya mövzusunun biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırıldı.