НОВОСТИ
694

2023.12.22

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağında elmi-tədqiqat müəssisələrinin illik hesabatları müzakirə edilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) hibrid formatda təşkil edilmiş Ümumi yığıncağında Bölmə tərəfindən əhatə edilən 8 institutun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin mühüm nəticələrinin müzakirələri aparılıb.

İclasda Bölmənin üzvləri, institutların rəhbər şəxsləri, şöbə və laboratoriya müdirləri, aparıcı alimləri, mühüm elmi nəticələrin müəllifləri, universitetlərin nümayəndələri, Türkiyə Respublikasından gəlmiş alim və başqaları iştirak ediblər. Regionlardan akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri İbrahim Cəfərov və Vaqif Novruzov iclasa Zoom platformasından onlayn şəkildə qoşulublar.

İclası açıq elan edən AMEA-nın vitse-prezidenti, BTEB-in Elmi şurasının sədri, akademik İradə Hüseynova 2023-cü il ərzində “Heydər Əliyev İli” ilə əlaqədar geniş miqyaslı tədbirlər planının tam şəkildə həyata keçirildiyini qeyd edib. Bu fəaliyyətlərdə fərqləndiklərinə görə, akademik İradə Hüseynova, AR ETN Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva və AR ETN Zoologiya İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar. Sonra akademik İradə Hüseynova Azərbaycan elminin inkişafı istiqamətində həyata keçirilən islahatlara toxunub, gün ərzində 8 institutun 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin mühüm nəticələri ilə bağlı hesabat məruzələrinin müzakirə ediləcəyini bildirib.

Sonra dinlənilən hesabat məruzələrində Botanika (biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva), Genetik Ehtiyatlar (AMEA-nın müxbir üzvü Zeynal Əkpərov), Mikrobiologiya (AMEA-nın müxbir üzvü Pənah Muradov), Zoologiya (aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazov), Torpaqşünaslıq və Aqrokimya (AMEA-nın müxbir üzvü Əlövsət Quliyev), Dendrologiya (biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova), Akademik Abdulla Qarayev adına Fiziologiya (fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev), Molekulyar Biologiya və Biotexnologiyalar (akademik İradə Hüseynova) institutlarının 2023-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti, əldə edilmiş nailiyyətlər, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn və Dövlət proqramlarına uyğun tapşırıqların icrası, kadr hazırlığı, nəşriyyat fəaliyyəti, qrant layihə və proqramlarında iştirak, tətbiq məsələləri, həmçinin mövcud problemlər və perspektiv planlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, institutlarda Bölmənin elmi istiqamətləri üzrə əsaslı tədqiqat işləri il ərzində daha da dərinləşdirilib, əldə edilmiş mühüm fundamental və tətbiqi nailiyyətlər nüfuzlu beynəlxalq, o cümlədən “Web of Science”, “Scopus” kimi elmi bazalarda indeksləşən yüksək impakt faktorlu jurnallarda, monoqrafiya və kitablarda, kitab fəsillərində nəşr olunub.

Akademik İradə Hüseynova canlı təbiətin tədqiqi və “Qırmızı kitab”la bağlı tədqiqatlarda ARETN Zoologiya İnstitutunun çox iş gördüyünü, institutda sağlam peşəkar mühitin təmin olunmasında institutun direktoru Ələddin Eyvazovun rolunu xüsusi qeyd edib və hesabat məruzəsini təqdim etmək üçün sözü ona verib. Məruzədə “Qırmızı kitab”la yanaşı, işğaldan azad edilmiş ərazilərdə, Xəzər dənizində, digər su hövzələrində aparılmış tədqiqatlar, bu tədqiqatlarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri, “Zoologiya İnstitutunun elmi əsərləri” jurnalı barədə məlumatlar əsas yer alıb. Ələddin Eyvazov qeyd edib ki, əməkdaşların 112 məqaləsindən 24-ü beynəlxalq indeksləşən bazalarda dərc olunub.

https://science.gov.az/az/news/open/27519