НОВОСТИ
869

2023.12.05

ARETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib

5 dekabr 2023-cü il tarixində  Zoologiya İnstitutu Elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun baş direktoru vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib. İnstitutda müvafiq laboratoriyalar üzrə yekun işlərin müzakirəsi keçirildi. Ümumilikdə 6 mövzuya daxil olan 22 yekun iş müzakirə olundu.

İclasda Tətbiqi Zoologiya mərkəzinin, Quru onurğasızlar laboratoriyasının, Hidrobiologiya laboratoriyasının, Paleozoologiya laboratoriyasının və Quru onurğalıları laboratoriyasının yekun hesabatları dinlənilib. Tətbiqi Zoologiya Mərkəzinin yekun hesabatı haqqında b.ü.f.d., dosent Barat Əhmədov, Quru onurğasızları laboratoriyasının yekun hesabatı haqqında b.ü.f.d., dosent Gülər Hüseynzadə, Hidrobiologiya laboratoriyasının yekun hesabatı haqqında b.ü.f.d., dosent Süleyman Süleymanov, Paleozoologiya laboratoriyasının yekun hesabatı haqqında b.ü.f.d., dosent Könül Tapdıqova, Quru onurğalıları laboratoriyasının yekun hesabatı haqqında isə b.ü.f.d., dosent Təvəkkül İskəndərov, b.e.d., dosent Tahir Kərimov məruzələrlə çıxış edib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.