НОВОСТИ
807

2023.11.20

ARETN Zoologiya İnstitutunda doktorant və dissertantların attestasiyası keçirilib

20 noyabr 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunun fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə təhsil alan bir qrup doktorant və dissertantların bir il ərzində gördüyü işlərin yoxlanılması məqsədilə attestasiyası keçirilib.

Attestasiyasının kecirilməsi məqsədilə Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazovun 17 oktyabr 2023-cü ildə 464 k. №-li əmri ilə Attestasiya Komissiyası yaradılmışdır (Sədr: a.e.ü.f.d., dos. Ə.Eyvazov, katib: b.ü.f.d. Ş.Xasayeva, üzvlər: b.e.d., E.Əhmədov, b.e.d., dosent A.Abbasov, b..ü.f.d., dos.G.Hüseynzadə, b.ü.f.d.,dos. B.Əhmədov, b.ü.f.d.,dos.B.Əhmədov, b.ü.f.d.,dos. S.Süleymanov).

Doktorant və dissertantlar bir il ərzində yerinə yetirdikləri işlər haqqında hesabat vermiş və attestasiya komissiyasının üzvlərinin suallarını cavablandırmışlar.

Sonda Attestasiya komissiyasının üzvləri onlara öz təklif və  tövsiyələrini bildiriblər.