НОВОСТИ
1250

2023.10.20

Elmi şurada cari ilin son hesabatları dinlənilib

20 oktyabr 2023-cü il tarixində ETN Zoologiya İnstitutunun elmi şurasının növbəti iclası keçirilib. İclası giriş sözləri ilə açan institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə olan məsələlər haqqında şura üzvlərinə məlumat verib.

İclasda Quru onurğasızlar laboratoriyasının,Beynəlxalq əlaqələr və İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatları dinlənilib.Belə ki ,Quru onurğasızlar laboratoriyasının illik hesabatı haqqında b.ü.f.d Gülər Hüseynzadə, Beynəlxalq əlaqələr şöbəsinin illik hesabatı haqqında b.ü.f.d Elyanə Tahirova, İctimaiyyətlə əlaqələr şöbəsinin illik hesabatı haqqında Elmar Nadirli çıxış ediblər. Məruzəçilər cari ildə laboratoriya fəaliyyəti haqqında ətraflı məlumat verdikdən sonra il ərzində laboratoriya əməkdaşlarının həyata keçirdiyi elmi tədqiqatlar, onların əsas nəticələri haqqında məlumat verib.

Sonda müzakirələr aparılıb, təkliflər verilib və müvafiq qərarlar qəbul edilib.