2023.09.28
“Quru onurğalıları” laboratoriyasının əməkdaşları Lerik rayonunda ekspedisiyada olub
ARETN Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının əməkdaşları - laboratoriya müdiri v.i.e., b.ü.f.d., dos. Təvəkkül İsgəndərov, aparıcı elmi işçi, b.ü.f.d. Gülbəniz Qasımova, elmi işçilər - Sevinc Rəcəbova və Leyla Nadirli 4-8 sentyabr 2023-cü il tarixlərində Lerik rayonunda ekspedisiyada olublar.
Tədqiqatlar zamanı rast gəlinən suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifindən olan növlərin qeydiyyatı aparılmış, mühitin (hava, su və torpaq) temperatur şəraitinin növlərin sutkalıq aktivliklərinə təsiri öyrənilmişdir. Bundan əlavə, nadir və çoxsaylı növlərə iqlim amillərinin təsiri tədqiq edilmişdir.
Qeyd edək ki, toplanan çöl materialları laboratoriya şəraitində təhlil edilir.