НОВОСТИ
666

2023.09.07

“Quru onurğasızları” laboratoriyasının əməkdaşları Qobustan rayonunda ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutunun “Quru onurğasızları” laboratoriyasının əməkdaşları: aparıcı elmi işçi, b.ü.f.d., dosent Hüseynova Ellada, böyük elmi işçi, b.ü.f.d., dosent Musayeva Zöhrə və böyük elmi işçi, b.ü.f.d. Nuruyeva Tamara 29 avqust – 1 sentyabr tarixlərində Qobustan rayonunda ekspedisiyada olublar.

Ekspedisiya dövründə Qobustan rayonu və bəzi kəndlərində ətraf çəmənliklər, yol qırağında salınmış süni meşə ətrafı sahələr müşahidə edilərək, entomoloji və araxnoloji materiallar toplanıb. Əməkdaşlar mövzularına uyğun olaraq hörümçəkkimilərə və Buprestidae fəsiləsinə aid növləri təyin etmək üçün laboratoriyaya gətiriblər.