НОВОСТИ
665

2023.08.29

“Quru onurğalıları” laboratoriyasının əməkdaşlarıları Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar

ARETN Zoologiya İnstitutu “Quru onurğalıları” laboratoriyasının əməkdaşları: laboratoriya müdiri vəzifəsini icra edən, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov, aparıcı elmi işçi, b.ü.f.d. Gülbəniz Qasımova və elmi işçi Leyla Nadirli 21-25 avqust 2023-cü il tarixlərində Şamaxı və İsmayıllı rayonlarında ekspedisiyada olublar. Ekspedisiya müddətində suda-quruda yaşayanlar, sürünənlər və məməlilərin yüksək dağlıq ərazilərdə yayılmasına və bioekologiyasına aid yeni məlumatlar əldə edilmişdir. Nadir, eləcədə çoxsaylı növlərə iqlim amillərinin (selvə daşqınların) təsiri tədqiq edilmişdir.