НОВОСТИ
748

2023.08.07

Tətbiqi Zoologiya Mərkəzinin əməkdaşı Fəxri Fərmanla təltif edilib

7 avqust 2023-cü il tarixində, ARETN Zoologiya İnstitutunun Quru Onurğasızları laboratoriyasının böyük elmi işçisi, b.e.ü.f.d. Arifə Rəbbil qızı Əliyeva institutun “Fəxri Fərmanı” ilə təltif edilib. Qeyd edək ki, alim 60 illik yubileyi və institutun elmi və ictimai həyatındakı aktiv fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Bu münasibətlə Arifə xanımı institutumuzun kollektivi adından səmimi qəlbdən təbrik edir, ona Azərbaycan elminin inkişafında yeni nailiyyətlər arzu edirik.