НОВОСТИ
527

2023.07.26

“Quru onurğalıları” laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

AR ETN Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının müdiri vəzifəsini icra edən, b.ü.f.d., dosent Təvəkkül İsgəndərov və aparıcı elmi işçi, b.ü.f.d. Gülbəniz Qasımova “Azərbaycanda Kiçik Qafqazın yüksək dağlıq ərazilərində amfibilərin (Amphibia) və reptililərin (Reptilia) növmüxtəlifliyi və ekoloji vəziyyətinin qiymətləndirilməsi” mövzusu üzrə 18- 23 iyul 2023-cü il tarixlərində Göygöl və Daşkəsən rayonlarında ekspedisiyada olmuşlar. Tədqiqatlar zamanı rast gəlinən növlərin qeydiyyatı aparılmış, mühitin (hava, su və torpaq) temperatur şəraitinin növlərin sutkalıq aktivliklərinə təsiri öyrənilmişdir.