НОВОСТИ
598

2023.07.03

Zoologiya İnstitutunun I kurs magistrantlarının yay imtahan sessiyası başa çatıb

ARETN Zoologiya İnstitutunun “Entomologiya” ixtisaslaşması üzrə I kurs magistrantlarının yay imtahan sessiyası başa çatıb.

ARETN Zoologiya İnstitutunda “Entomologiya” ixtisaslaşması üzrə təhsil alan magistrantlar 02 iyun-03 iyul tarixləri arasında 7 fənndən (  “Heyvanların müqayisəli anatomiyası”, “Həşəratların anatomiya və fiziologiyası”, “Həşəratların sistematikası”, “Həşəratların morfologiyası”, “Fəlsəfə”, “Psixologiya”, “Pedaqogika”) imtahan verərək yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurublar.


Belə ki, AMEA Prezidentinin 12 may 2023-cü il tarixli 91 nömrəli sərəncamına əsasən 2023-cü il iyun ayının 1-dən 2023-cü il iyul ayının 5-dək AMEA-nın magistrantlarının yay imtahan sessiyası elan olunmuşdur.


ARETN Zoologiya İnstitutunda imtahanlara nəzarət etmək üçün aşağıdakı tərkibdə komissiya yaradılmışdır:

Sədr: a.e.ü.f.d., dosent. Ələddin Qismət oğlu Eyvazov

Katib:  b.ü.f.d. Şəfa İlqar qızı Xasayeva

  Üzvlər:  b.ü.f.d., dos. Barat Əbdül oğlu Əhmədov,   b.ü.f.d., dosent İlhamə Qüdrət qızı Kərimova, b.ü.f.d., dosent Ellada Ağaməlik qızı Hüseynova