НОВОСТИ
537

2023.05.02

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib

02 may 2023-cü il tarixində, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyanın zoom platforması üzərindən növbəti onlayn iclası baş tutub. İclası giriş sözü ilə açan Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü İlham Ələkbərov tədbir iştirakçılarını salamlayıb.
Daha sonra institutun elmi katibi, dosent Sara Əliyeva Gəncə Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə dissertantı Lalə Rəşid qızı Abdullayevanın “Kür çayı üzərindəki silsilə su anbarlarında çəkikimilər (Cyprinidae) fəsiləsinə aid əsas vətəgə əhəmiyyətli balıqların populyasiya strukturu” adlı mövzusu haqqında məlumat verib. İddiaçının və elmi məsləhətçi b.e.d. Vəfa Məmmədovanın iştirakı ilə ətraflı müzakirə aparıldıqdan sonra mövzunun adının dəyişdirilməsi və mübahisə doğurduğu üçün yenidən işlənməsi tövsiyə edilib.
Müzakirələrdə institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov, icraçı direktor, b.e.d., dosent Elşad Əhmədov, biologiya elmləri doktorları - Əli Nəsirov, Tahir Kərimov, biologiya üzrə fəlsəfə doktorları – Barat Əhmədov, Əbülfəz Tağıyev, Nicat Həsənov və başqaları iştirak ediblər.