НОВОСТИ
399

2023.03.27

Zooloq alim “İstinadda rekord” diplomu ilə təltif olunub

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun, baş elmi işçisi biologiya elmləri doktoru, dosent Natalya Sneqovaya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomuna layiq görülüb.

Alimə diplom AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən 27 Mart – Elm Gününə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası: yeni mərhələ və müasir vəzifələr” adlı tədbirdə təqdim olunub.

N.Sneqovaya  elmi əsərlərinə istinadla fərqləndiyinə görə təltif edilib.

 Zooloq alim N.Sneqovaya elm üçün ilk dəfə olaraq Azərbaycanın şirin sularında çanaqlı amöblərin (Protozoa, Testacea) 2 fəsiləsi, 6 cinsi və 33 növü, otbiçənlərin (Arachnida, Opiliones) 6 cinsi və 40 növü, iynəcələrin (Insecta, Odonata) 2 növünü  təsvir etmiş, Qafqazda ilk dəfə olaraq müxtəlif biotoplarda otbiçənlərin birliklərinin strukturunun ekoloji tədqiqini  aparmışdır.  Onun ümumilikdə 122 elmi əsəri çap olunub. Onlardan  103-ü xaricdə,  90-ı Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək indeksli jurnallarda çap edilib. “ResearchGate”  və "Google Scholar Citations" qlobal informasiya şəbəkələrindən götürülən məlumatlara görə,  N.Sneqovayanin tədqiqat sahəsi üzrə elmi əsəri müxtəlif beynəlxalq elektron sistemlərinə daxil olub

və onlara 641 istinad edilib, h-indexi 15-dir.