НОВОСТИ
635

2023.04.11

Zoologiya institutunun Elmi şurasının növbəti iclası keçirilib

11 aprel 2023-cü il tarixində ARETN Zoologiya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan institutun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov gündəlikdə duran məsələlərlə şura üzvlərini yaxından tanış edib. Daha sonra Ə.Eyvazov institut kollektivi adından Quru onurğalılar laboratoriasının müdiri v.i.e. b.ü.f.d., dosent Təvəkkül İsgəndərovu  anadan olmasının 70 illik yubileyi münasibəti ilə təbrik edərək, institutun Fəxri fərmanı ilə təltif edib.

Daha sonra b.e.d., dosent Elşad Əhmədov  Zoologiya İnstitutunun təşəbbüsü ilə çapdan çıxmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan faunasının informasiya sistemi  (onurğalılar)”  adlı kitabı iclas iştirakçılarına təqdim edib.

 Elmi katib, b.ü.f.d., dosent Sara Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Elmi tədqiqatların aktual problemləri: zoologiyanın nəzəri və praktiki aspektləri” mövzusunda elmi – praktik seminar barəsində, Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Şəfa Xasayeva isə magistrların attestasiyasının nəticələri və 2023-cü tədris ili üçün doktoranturaya və dissertanturaya qəbul planı haqqında haqqında məlumat verib.

Yekun olaraq gündəlikdə duran digər məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.