НОВОСТИ
619

2022.12.09

Zoologiya İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür. Belə ki, ARETN Zoologiya İnstitutunda Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir baş tutub.

Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra institutun direktor vəzifəsini icra edən a.e.ü.f.d., dosent Ələddin Eyvazov, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin həyat yolundan ətraflı bəhs etdi. Ə.Eyvazov ulu öndərin necə uzaqgörən lider və dahi şəxsiyyət olduğunu vurğulayaraq Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərdən danışdı. Daha sonra Quru onurğalılar laboratoriyasının kiçik elmi işçisi Leyla Əhmədli Heydər Əliyevin vəfatından on doqquz il keçdiyini xatırladaraq, qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən xarizmatik liderin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. YAP Yasamal rayonu “504-cü Məhəllə ərazi”si Zoologiya İnstitutu İlk Partiya Təşkilatının sədri Hafiz Muxtarov qüdrətli siyasi xadimin milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlərindən söz açaraq, Azərbaycançı düşüncənin inkişafında və yayılmasında göstərdiyi xidmətləri barədə geniş məruzə etdi. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin siyasətini uğurla davam etdirən Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbəsi öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi.

Tədbirin sonunda tarixi şəxsiyyətin həyat fəaliyyətini əks etdirən video-çarx nümayis etdirilib.