НОВОСТИ
1211

2021.11.18

Beynəlxalq ekspert Zoologiya İnstitutunda qonaq olub

BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən Azərbaycanda 3-cü dövr “Ətraf mühit üzrə fəaliyyətin icmal hesabatı”nın (Environmental Performance Review- EPR) hazırlanması ilə əlaqədar EPR komandasının (beynəlxalq ekspertlər) cari ilin 15-23 noyabr tarixlərində ölkəmizə səfərinin keçirilməsi nəzərdə tutulmuşdur. Hesabatın məqsədi ölkənin ekoloji və iqtisadi hədəflərini uzlaşdırmaqla milli siyasətin formalaşdırılması və beynəlxalq ekoloji öhdəliklərini yerinə yetirməsində əldə etdiyi tərəqqinin qiymətləndirməsindən ibarətdir. Bu məqsədlə, Ətraf mühitin monitorinqi və informasiyası üzrə BMT-nin Avropa İqtisadi Komissiyasının məsləhətçisi Karin Fueri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev ilə birgə Zoologiya İnstitutunda olmuşdurlar. Görüş zamanı “Ətraf mühit üzrə fəaliyyətin icmal hesabatı”nın hazırlanması üçün beynəlxalq eksperti maraqlandıran suallar institutun direktor vəzifəsini icra edən, aqrar elmləri üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, biologiya elmləri doktoru Elşad Əhmədov, biologiya elmləri üzrə fəlsəfə doktorları Sara Əliyeva və Təvəkkül İsgəndərov tərəfindən cavablandırılmışdır.