НОВОСТИ
1288
2021.07.26
Quru onurğalıları laboratoriyasının əməkdaşları Quba rayonunda ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşları böyük elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Esmira Məmmədrzayeva və elmi işçi, doktorant Leyla Həsənova 13-22 iyul tarixlərində Quba rayonunda ekspedisiyada olublar.
Ekspedisiya müddətində Quba rayonunun Xınalıq kəndi ərazisindəki otlaq sahələri, dağlıqlar və dağlıq qayalıqlar, o cümlədən, çay vadilərinə baxış keçirilib, terioloji materiallar toplanılıb. Əməkdaşlar mövzularına uyğun olaraq çöl siçanı növlərinə aid material toplayaraq, tədqiq etmək üçün laboratoriyaya gətiriblər.
© Все права защищены. При использовании информации гиперссылка на сайт www.zoologiya.az обязательна.