НОВОСТИ
1327

2021.06.16

Zoologiya İnstitutunun magistrantı dissertasiya işini uğurla müdafiə edib

AMEA-nın  akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şuranın iclasında II kurs magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.

Elmi Şuranın sədri, Fiziologiya İnstitutun elmi işlər üzrə direktor müavini, f.-r.e.d., professor Əhməd Hacıyevin sədrliyi ilə keçən iclasda “İnsan və heyvan fiziologiyası”, “Onurğalıların zoologiyası”, “Mikrobiologiya” və “Biofizika”  ixtisaslaşmaları üzrə 4 dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə AMEA-nın Fiziologiya,  Mikrobiologiya, Biofizika institutlarının magistrləri ilə bərabər Zoologiya İnstitutununda “Onurğalılar zoologiyası” ixtisası üzrə təhsil alan II kurs magistrantı Vəliyeva Nigar Yolçu qızının “Abşeron Milli Parkının məməli heyvanlarının ekoloji xüsusiyyətləri” mövzusunda dissertasiya işi də müdafiə olunub.

Sonda səsvermə keçirilib və dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə əsasən magistrantlara magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.