НОВОСТИ
1541

2021.03.12

Zoologiya İnstitutunda elmi seminarın növbəti iclası keçirilib

11 mart 2021-ci il tarixində AMEA Zoologiya İnstitutu Quru onurğasızları laboratoriyasının elmi işçisi  Şəfa Xasayevanın “Gəncə-Qazax bölgəsinin hörümçəklərinin (Arachnida, Araneae) fauna və ekologiyası” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib.

Tədqiqat işinin nəticəsində Gəncə-Qazax bölgəsinin hörümçək faunası üçün 30 fəsilə 144 cinsə aid 325 növ hörümçək aşkar edilib. Tədqiqatçı tərəfindən  6-sı  Qafqaz faunası üçün, 1 cins və 9 növ Azərbaycan faunası üçün, 195 növ isə Gəncə-Qazax bölgəsi üçün ilk dəfə qeydə alınıb. Eləcə də ilk dəfə olaraq Gəncə-Qazax bölgəsinin hörümçək faunasına daxil olan növlərin zoocoğrafi mənsubiyyəti və onların landşaftlar üzrə yayılması ətraflı öyrənilib, növlər isə ekoloji cəhətdən qruplaşdırılıb.

İclasın sonunda seminar üzvlərinin açıq səsverməsi nəticəsində Şəfa Xasayevanın 2401.01-“Zoologiya” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin dissertasiya şurasına müdafiə üçün təqdim olunması qəbul edilib.