ОБЪЯВЛЕНИЯ
78

2024.03.13 09:43

ARETN Zoologiya İnstitutunda dissertasiya müdafiəsi keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetinin dissertantı İlahəxanım Tofiq qızı Məmmədzadənin 3209.01 – «Farmakologiya, kilinik farmakologiya» ixtisası  üzrə “BİR SIRA İSHALƏLEYHİ DƏRMAN BİTKİLƏRİNİN KİMYƏVİ PREPARATLARLA KOMPLEKS ŞƏKİLDƏ BUZOVLARDA TƏTBİQİ” mövzusunda dissertasiya işinin müdafiəsi 19 aprel 2024-cü il tarixində saat 14:00-da ARETN Zoologiya İnstitutunun nəzdində BFD 1.09 Dissertasiya Şurasında keçiriləcək. 

Dissertasiya şurası üzvləri və opponentlərin iştirakı mütləqdir.

Elmi rəhbər: 

B.e.d., professor Famil Nəsir oğlu Nəsibov

Dissertasiya işinin rəsmi opponentləri:

  1. Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Vaqif Seyfəddin oğlu Novruzov
  2. Biologiya elmləri doktoru, dosent Rəna Ənvər qızı Cəfərova
  3. Biologiya elmləri doktoru, professor, Şəfiqə Ənvərovna Topçiyeva