ОБЪЯВЛЕНИЯ
177

2024.04.09 12:28

ARETN Zoologiya İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

AR ETN Zoologiya İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2401.01 – “Zoologiya” – 1 yer (əyani);

2429.01 – “Parazitologiya” – 1 yer (əyani);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2413.01 – “Entomologiya” – 1 yer;

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2401.01 – “Zoologiya”  – 1 yer (qiyabi);

2413.01 – “Entomologiya” – 1 yer (qiyabi);

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2401.01 – “Zoologiya” – 1 yer;

2429.01 – “Parazitologiya” – 1 yer;

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə electron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək, təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi cari ilin 16 aprel tarixindən başlayacaq və 15 may sənəd qəbulu üçün son tarixdir.

Əlavə məlumat üçün Zoologiya İnstitutunun Təhsil şöbəsinə müraciət edin.

Tel.: 012-539-73-39