Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi AMEA-da qeyd olunacaq


Mühüm hadisələr
A- A A+

Dekabrın 4-də saat 14:00-da AMEA-nın Alimlər Evində görkəmli şərqşünas alim, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan “Şanlı ömür səhifələri” adlı ədəbi-musiqili tədbir keçiriləcək.

Tanınmış elm, mədəniyət və din xadimlərinin iştirak edəcəyi tədbirdə akademik Vasim Məmmədəliyevin mənalı həyat yolundan, zəngin elmi-pedaqoji və ictimai fəaliyyətindən bəhs olunacaq, alimin Azərbaycan şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən, İslam dininə verdiyi töhfələrdən danışılacaq.

Mərasimdə, həmçinin muğam və xalq mahnıları ifa olunacaq.

Ünvan: Bakı ş., H.Cavid pr., 129.

http://science.az/news/open/6842

: 77


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.