2023.05.11
Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov, Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d. Barat Əhmədov və Quru onurğalıları laboratoriyasının müdiri v.i.e., b.ü.f.d. Təvəkkül İsgəndərov Zoologiya İnstitutunun Mingəçevir və Ağsu Elmi Təcrübə Bazalarında aparılan elmi tədqiqat işləri ilə tanış olublar. Ekspedisiya müddətində elmi təcrübə bazalarının ərazisində olan aqrosenozlarda fauna tərkibinə aid müşahidə aparılıb.
İlkin məlumata əsasən hava şəraitinin istilənməsi ilə bağlı fauna növlərinin fəallığına diqqət yetirilib. Qeyd edilməlidir ki, sürünən növlərini, o cümlədən ilanların reproduktiv fəaliyyəti ilə bağlı aktivliyi müşahidə edildi. Aqrosenozlarda, o cümlədən tərəvəz bitkilərində mənənələrin aktivliyi qeydə alınıb.