НОВОСТИ
513

2023.05.11

Zoologiya İnstitutunun əməkdaşları ekspedisiyada olub

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş direktor vəzifəsini icra edən, a.e.ü.f.d., dosent Ələddin Eyvazov, Tətbiqi Zoologiya Mərkəzinin müdiri, b.ü.f.d. Barat Əhmədov və  Quru onurğalıları laboratoriyasının müdiri v.i.e.,  b.ü.f.d. Təvəkkül İsgəndərov   Zoologiya İnstitutunun Mingəçevir və Ağsu Elmi Təcrübə Bazalarında aparılan elmi tədqiqat  işləri ilə tanış olublar. Ekspedisiya müddətində elmi təcrübə bazalarının  ərazisində olan aqrosenozlarda fauna tərkibinə aid müşahidə aparılıb.

İlkin məlumata əsasən hava şəraitinin istilənməsi ilə bağlı fauna növlərinin fəallığına diqqət yetirilib. Qeyd edilməlidir ki, sürünən növlərini, o cümlədən ilanların reproduktiv fəaliyyəti ilə bağlı aktivliyi müşahidə edildi. Aqrosenozlarda, o cümlədən tərəvəz bitkilərində mənənələrin aktivliyi qeydə alınıb.