XƏBƏRLƏR
2530 Arxiv

2024.04.16

Zoologiya İnstitutunda 16 Aprel - Ümumdünya Bioloqlar Günü qeyd olunub

Biologiya mədəniyyətimizi, sənətimizi, elmimizi, dinimizi, fəlsəfəmizi və “insan” kimi düşünə biləcəyimiz hər şeyi mümkün edən həyati funksiyalarımızı dərk etməmizə kömək olan, qısacası "həyat" haqqında elm deməkdir. Bu elm ilə məşğul olanlar isə bioloqlardır. “Canlı” sistemi və onunla əlaqəli bütün sistemləri araşdıran və anlayan canlıların mövcudluğunu və onların faydalılığını ortaya qoyan da məhz bioloqlardır. Bioloq olmaq təkcə bitki və heyvanlarla məşğul olmaq deyil, həmçinin təbiətin ölməzliyinə inanaraq onu hər zaman daha yaxşı qorumağı istəməkdir. Cəmiyyətin həmişə bioloqlara ehtiyacı vardır.  Hazırda dünya üzrə bir çox ölkələrdə Biologiya sahəsində səhiyyə sektorundan ətraf mühit və kənd təsərrüfatı sektoruna qədər geniş bir sahədə araşdırma və tətbiq işləri aparılır. 

Hər il aprelin 16-sı Bioloqlar Günü kimi qeyd olunur. Bu gün münasibəti ilə bu elm sahəsində çalışan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.