2023.05.04
Xəzər Universitetinin tələbələri Zoologiya İnstitutunda olublar
3 may 2023-cü il tarixində Xəzər Universitetinin Baytarlıq fakültəsinin 2-ci kurs tələbələri AR ETN Zoologiya İnstitutunun Protozoologiya laboratoriyasında olublar. Laboratoriyanın əməkdaşı Türkan Qurbanova tələbələrə laboratoriyanın iş prinsipi və tədqiqat işinin təşkili qaydaları ilə tanış edib. Bundan başqa tələbələr laboratoriyada olan müasir işıq mikroskoplarının funksiyası barədə məlumatlandırılıblar. Daha sonra onlar Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydə olmuş və muzeyin ekspozisiyasında sərgilənən Azərbaycan və dünya faunasına aid olan balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşalar və məməlilərə məxsus müqəvva, skelet və yaş preparatlardan ibarət kolleksiya ilə yaxından tanış olublar.