XƏBƏRLƏR
1448
Arxiv
2021.06.17
Hidrobiologiya laboratoriyasının əməkdaşları Bakı buxtasında ekspedisiyada olublar
AMEA Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının əməkdaşları - aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru Ənvər Cəlilov, kiçik elmi işçilər Arzu Quliyeva və Nigar Mehdiyeva 31 may-04 iyun tarixlərində Bakı buxtasında hidrobiontların biomüxtəlifliyi və mühitin ekoloji durumunun qiymətləndirilməsində onların rolunun öyrənilməsi məqsədilə ekspedisiyada olublar. Tədqiqatçılar tərəfindən ekspedisiya zamanı mezoplankton, vətəgə və qeyri-vətəgə balıqlarına aid nümunələr toplanıb. Əldə olunmuş nümünələr tədqiq edilmək üçün laboratoriyaya gətirilib.
Qeyd edək ki, Bakı buxtasında tədqiqatlar fəsillər üzrə davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.