Dəstə: Acipenseriformes (Nərəkimilər)

Nərəkimilər Şüaüzgəcli balıqlar arasında ən çox arxaik quruluş əlamətlərinə malik olan qrup hesab olunurlar. Ox skeletin əsasını elastik xorda təşkil edir. Onlarda sümük fəqərə cismi olmur. Quyruq üzgəci qeyri-bərabər-heteroserkal paylı olub üst pay daha güclü inkişaf etmişdir və onun üzərini rombvari pulcuqlar örtür. Bel və anal üzgəclərini saxlayan skelet sümükləşmişdir. Qəlsəmə qapaqlarının hər biri 2 sümükdən ibarətdir. Bağırsaqda spiral klapan, ürəkdə isə arterial konus vardır.

Dəstəyə 2 fəsilə daxildir. Azərbaycan sularında nərəkimilər fəsiləsinin nümayəndələri yayılmışıdır.