Sənədlərlə iş şöbəsi

Ümumi şöbə AMEA Zoologiya İnstitutunun daxili imkanları hesabına elmi şuranın qərarı ilə yaradılıb. 2021-cil 1 sentyabr tarixindən indiyədək adı dəyişdirilərək "Sənədlərlə iş" adı altında fəaliyyət göstərir. 

Sənəd dövriyyəsinə və icra müddətinə nəzarət etmək, sənəd dövriyyəsinin uçot-nəzarət işinin təşkili;

İnstituta daxil olan sənədlərlə tanış olmaq, təsdiq üçün rəhbərliyə təqdim olunacaq bütün sənədlərin tərtibinin keyfiyyətini yoxlamaq;

İnstitutda kargüzarlıq, elektron sənəd dövriyyəsi, arxiv işlərinin təşkili və təkmilləşdirilməsi;

Arxiv sənədlərinin yerləşdirilməsi, institutun struktur bölmələrindən sənədlərin qəbul edilməsi, qorunması, dövlət arxivinə təhvil verilməsi üçün hazırlanması və arxiv sənədləri haqqında daxil olan ərizələrə arayışların verilməsi işlərini yerinə yetirmək.

Şöbə müdiri: Məmmədova Səidə Rəfail qızı

Mütəxəssis:  Bağırova Leyla Söhrab qızı

Kompyuter operatoru: Ələsgərova Təranə Yusif qızı

Arxivçi:  Ələsgərova Sevinc Anar qızı

Kuryer : Cəbrayılov Xalid Qəhrəman oğlu