Elmi rəhbərliyə icazə almaq üçün tələb olunan sənədlərin siyahısı

1.      Vəsatət məktubu;

2.      Elmi rəhbərin iş yerində təsdiq edilmiş, üzərində fotoşəkil olan kadrların şəxsi-uçot vərəqi;

3.      Elmi rəhbərin fəlsəfə doktoru diplomunun iş yerində və ya notarial qaydada təsdiq olunmuş surəti;

4.      Elmi rəhbərin iş yerindən xasiyyətnaməsi;

5.      Elmi rəhbərin əmək kitabçasının surəti;

6.      Elmi rəhbərin fəlsəfə doktoru dissertasiyasının avtoreferatı;

7.      Elmi rəhbərin dərc olunmuş elmi və tədris-metodiki əsərlərinin və elmi-tədqiqat, metodiki işlərinin siyahısı və onların surəti;

8.      İddiaçının kadrlar şəxsi uçot vərəqi;

9.      İddiaçının ali təhsil haqqında diplomunun iş yerində və ya notarial qaydada təsdiq olunmuş surəti;

10.  İddiaçının dissertasiya mövzusunun və elmi rəhbərinin təsdiq olunması haqqında elmi şuranın iclas protokolundan çıxarış;

11.  İddiaçının iş yerindən (və ya doktoranturadan) xasiyyətnaməsi;

12.  İddiaçının çap olunmuş elmi əsərlərinin siyahısı və əsərlərin surəti;

13.  Fəlsəfə doktorlarının elmi rəhbərliyə icazə verilməsi üçün AAK-a təqdim edilən sənədlərin siyahısına, həmin şəxsin hal-hazırda rəhbərlik etdiyi dokorantların (dissertantların) siyahısı da əlavə edilir.

 

http://www.aak.gov.az/yeni_bulleten.pdf