Ağsu Təcrübə Dayaq Məntəqəsi

 

Azərbaycan  Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 27 yanvar 2016-cı il tarixli, 1/8 nomrəli “AMEA-nın Təcrübə Dayaq Məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” qərarına əsasən Zoologiya İnstitutunun tərkibində “Ağsu Təcrübə Dayaq Məntəqəsi” yaradılmışdir. Məntəqəyə 30 nəfərlik ştat cədvəli müəyyən edilmişdir.

Ağsu rayonu ərazisində yerləşən bu məntəqənin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş 09.11.2015-ci il tarixli Ümumi Yığıncağındakı çıxışından irəli gələn vəzifələrin daha ətraflı həyata keçirilməsindən ibarətdir.