XƏBƏRLƏR
421 Arxiv

2017.10.25

AMEA Zoologiya İnstitutunun direktoru institut əməkdaşları ilə görüş keçirib

AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov institut əməkdaşları ilə görüş keçirib.

Görüşdə çıxış edən E.Yusifov bildirib ki, ətraf mühitin qorunması Azərbaycan dövlətinin ekoloji siyasətinin mühüm prioritetlərindən biridir.

Azərbaycanın milli faunasının çox zəngin olduğunu nəzərə çatdıran E.Yusifov onun qorunması üçün dövlət tərəfindən bir çox tədbirlərin həyata keçirildiyini, bu tədbirlərn səmərəli nəticələrinin artıq göz qabağında olduğunu söyləyib.
Milli faunanın qorunmasının ekoloji mühitin sağlamlaşdırılması üçün çox əhəmiyyətli olduğunu söyləyən E.Yusifov əlavə edib ki, milli faunamızın qorunması işində yalnız dövlət orqanları deyil, vətəndaş cəmiyyəti də fəal iştirak etməlidir. Bu baxımdan gənclərin rolunun daha çox ola bilməsini mümkün sayan direktor gəncləri təbiətə, milli faunamıza dəstək hərəkatına qoşulmağa dəvət edib.