XƏBƏRLƏR
888 Arxiv

2017.08.07

Azərbaycanın 80 illik elmi tədqiqat tarixində ilk dəfə olaraq, Xəzərin adalarında bioloji tədqiqatlar aparılacaq

Xəzərin adalarında elmi tədqiqatlar AMEA-nın Zoologiya və Neft və Qaz İnstitutları tərəfindən aparılacaq. Tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrəniləcək.

Neft və Qaz İnstitutu adalarda torpaq əmələ gəlmə prosesini, vulkanizmi, Zoologiya İnstitutu isə adaların flora, fauna və landşaftlarını öyrənəcək. Tədqiqatlara ilkin olaraq Çilov adasından başlanılıb. Eyni zamanda Kür dili, Xərə Zirə, Böyük Tava, Kiçik Tava, Gil adalarında tədqiqatların davam etdirilməsi nəzərdə tutulub.

Bu adaların 80 faizi vulkan mənşəlidir. Bu layihə həyata keçirilərkən ilk dəfə olaraq, dron aparatından istifadə ediləcək. Dron aparatı vasitəsilə ərazinin monitorinqi aparılacaq, bitki aləmi, heyvan və quşların sayı öyrəniləcək. İndiyədək belə tədqiqat aparılmayıb. Bu ekspedisiya Azərbaycan Milli Elmlər Akademiyasi tarixində böyük və tarixi hadisədir. Adaların fauna və florası indiyədək demək olar ki, heç vaxt öyrənilməyib”.

Ekspedisiya 2 il müddətində aparılacaq. 12 nəfərlik ekspedisiya qrupuna geoloqlar, torpaqşünaslar, landşaftşünaslar, geobotaniklər və s. daxildir.